Diqqət! Saytımızın versiyası yeniləndi. Yeni versiyaya burdan DAXİL OLUN!
Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife | Giriş | Qeydiyyat
Mucir duasinin sherhi
Bismillah.Rəvayətə görə, Həzrəti Rəsul (s)
buyurdu: - Mən meraca aparılanda və hər
bir asimana yetişəndə mələklərin bu duanı
oxuduqlarını gördüm. Cənab Cəbrayıla sual
verdim: - Ya Əbinallah! Bu duanın şərhi
nədir? Cəbayıl (əleyhissəlam) ərz etdi: - Ya
Rəsulallah, bu bir duadır ki, əgər meşələr
qələm və sular mürəkkəb olsa belə, 7 təbəqə
göyün mələkləri bu duanın savabının heç
yüz mindən birini yaza bilməzlər. Ya
Məhəmməd, əgər bir şəxs bu duanı gündə,
ayda, ildə bir dəfə oxuya bilməsə, ömründə
cəmi bir dəfə oxusa belə, aşağıda qeyd
etdiyim savab işləri görmüş hesab edilər: 40
min dəfə Qur’anı xətm edər, 40 min gecə
qədir gecəsini tapar, 40 min məscidi tə’mir
etmiş olar, 40 min dəfə piyada yolunda
sədəqə vermiş olar. Ya Rəsulallah, əgər bir
şəxs bu duanı sidq ürəkdən yazıb götürsə, 4
kitabı 40 min dəfə oxumuş olar.
Ya Məhəmməd, bu duanın bərəkətindən və
əzəmətindən həzrəti Adəmin tövbəsi qəbul
olundu. Bu duanın mərhəmətinə həzrəti
Yusif qaranlıq quyudan çıxdı, həzrəti Nuh
tufandan xilas oldu, həzrəti Əyyub ağlamağın
bəlasından xilas oldu, həzrəti İbrahim
(əleyhissəlam) Həmrudun odundan nicat
tapdı və odu Allah təala onun üçün
gülüstana çevirdi. Bu duanın bərəkətindən
İsa peyğəmbər asimana getdi əv həzrəti
Musa Fir’on Lə’nətullahın əlindən zəfər tapdı
və həzrəti İsmayıl (əleyhissəlam) qurban
kəsilməkdən xilas oldu. Bu duanın
bərəkətindən Allah təala Səni Xatəmənnəbi,
yəni axırıncı peyğəmbər etdi. Ya Məhəmməd,
kim bu duanı sidq ürəklə oxusa, ya özü üçün
götürsə, odda yanmaz, suda batmaz, xalqın
gözündə əziz, hörmətli və möhtərəm olar.
Cəmi zalımlardan, nanəcib və xəbis
adamlardan Allah onu hifz edər və düşmənin
dili onun üstünə bağlı olar, sehrli cadu ona
dəyməz. Bu duanın kəramətinə hər kəs şəkk
gətirsə kafirdir və islamdan kənardır.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks
Fikrini yaz (0)
Java Kiab kimi yükle

»Dualar
Oxu zalı
Mömin dostunu dəvət et
Sizin ip: 35.172.195.49

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir.

ILK-10
© By: MOVLA_ELCHIN