Diqqət! Saytımızın versiyası yeniləndi. Yeni versiyaya burdan DAXİL OLUN!
Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife | Giriş | Qeydiyyat
Qızdırma
Qızdırma xəstəlik deyil, əksinə fərqli
xəstəliklərin əlaməti kimi meydana çıxır.
Bədən hərarətinin yüksəlməsi elə də qorxulu
bir hal deyil. Əksinə temperaturun
yüksəlməsi bədənin reaktivliyinin (yəni
zərərli maddə və ya mikroorqanizmlərə qarşı
reaksiya qabiliyyəti) güclü olmasını göstərir.
ızdırma haqqında bədən temperaturunun
38°C-dən yüksək olması zamanı danışılır.
Temperaturun ən düzgün təyin etmə üsulu
onun düz bağırsaqda, qulaqda və ya ağız
boşluğunda ölçülməsidir.
Normal bədən temperaturu səhərlər ağız
boşluğunda 36.8±0.4°C hesab edilir.
Temperaturun yüksəlməsindən aslı olaraq
qızdırmanın aşağıdalı formaları müəyyən
edilir:
- Temperaturun 38°C-yə qədər yüksəlməsinə
subfebril qızdırma deyilir
- Bədən temperaturunun 38-38,5°C arasında
olması mülayim qızdırma hesab edilir
- Bədən temperaturunun 39°C-dən çox
olması yüksək qızdırma hesab edilir
Bədən temperaturu baş beyində
hipotalamus tərəfindən requlyasiya edilir.
Pirogen adlanan maddələr bədən
hərarətinin requlyasiyası üçün
cavabdehdirlər. Orqanizmin özündə sintez
edilən endogen və ya bakteriya, virus,
göbələk və parazitlər tərəfindən ifraz edilən
ekzogen pirogenlər hipotalamus vasitəsilə
bədən hərarətini yüksəldir. Pirogenlər
bədəndə prostoqlandin E2-nin (PGE2)
sintezini təmin edir ki, PGE2 öz növbəsində
hipotalamusa təsir edərək bədənin sistemli
reaksiyasını törədir.
Qızdırmanın tipləri
Qızdırmanın xarakteri onun səbəbləri
haqqında ilkin fikir yarada bilər. Xarakterinə
görə qızdırmanın aşağıdakı tipləri qeyd
olunur:
- Subfebril hərarət: bədən temperaturu
38°C-yə qədər yüksələ bilir və gün ərzındə
bu həddə qədər dəyişə bilir. Bu tip qızdırma
adətən vərəm, revmatik xəstəliklər və
xərçəng zamanı qeyd edilir.
- Daimi qızdırma (febris continua): gün
ərzındə çox dəyişməyən (1°C-dən az)
davamlı yüksək hərarət qeyd edilir. Bu tip
hərarət bakterial və ağır virus infeksiyaları
zamanı ola bilər.
- Zəiflədici qızdırma (febris remittens): gün
ərzində çox dəyişən (2°C-yə qədər), amma
normal səviyyəyə düşməyən yüksək hərarət
qeyd edilir. Bu tip qızdırma lokal
məhdudlaşmış bakterial infeksiyalar, orta
qulaq iltihabı, burun ətrafı ciblərin iltihabı və
sidik yollarının infeksiyaları zamanı rast
gəlinir.
- Dəyişən qızdırma (febris intermittens): gün
ərzində çox dəyişən (2°C-yə qədər) və
normal səviyyəyə qayıda bilən yüksək
hərarət qeyd edilir. Bu tip hərarət daha çox
sepsis və absesslər zamanı rast gəlinir.
- Qayıdan qızdırma (febris recurrens):
müntəzəm olaraq normal hərarətli günlərlə
kəsilən qızdırma epizodları qeyd olunur. Bu
tip gızdırma daha çox malariya zamanı qeyd
edilir.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks
Fikrini yaz (0)
Java Kiab kimi yükle

»Xestelikler
»Sağlamlıq
Oxu zalı
Mömin dostunu dəvət et
Sizin ip: 3.227.233.55

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir.

ILK-10
© By: MOVLA_ELCHIN