Diqqət! Saytımızın versiyası yeniləndi. Yeni versiyaya burdan DAXİL OLUN!
Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife | Giriş | Qeydiyyat
Qızdırmanın səbəbləri
Qızdırmanın çeşidli səbəbləri mövcuddur. Ən
tez-tez rast gəlinən səbəb bakterial və ya
virus infeksiyalarıdır. Bununla yanaşı, iltihabi
və revmatik xəstəliklər, eləcə də xərçəng də
qızdırma törədə bilir. Aşağıda ən çox rast
gəlinən səbəblər və yanaşı geddən əlamətlər
qeyd edilmişdir:
- Yuxarı tənəffüs yollarının infeksiyaları.
Yanaşı olaraq zökəm, öskürək, boğazda ağrı
qeyd edilir.
- Orta qulağın iltihabı (Otitis media). Yanaşı
olaraq qulaqda ağrı, ağıreşitmə qeyd edilir.
- Bronxitlər. Yanaşı olaraq öskürək,
təngnəfəslik qeyd edilir.
- Tonzillit (Angina tonsillaris). Yanaşı olaraq
boqazda ağrı, badamcıqlarda irinləmə və
ağızdan iyi qeyd edilir.
- Siunsitlər (Sinusitis). Başqa sözlə
burunətrafı ciblərin iltihabı adlandırılan
sinusitlər zamanı yanaşı olaraq burundan
gəlinti, tıntıllıq və baş ağrıları qeyd edilir.
- Mədə-bağırsaq infeksiyalrı. Yanaşı olraq
ishal və qusma qeyd edilir.
- Ağciyərlərin iltihabı (Pnevmoniya). Yanaşı
olaraq öskürək, tıngnəfəslik, döş qəfəsində
ağrılar qeyd edilir.
- Sidik yollarının infeksiyaları. Yanaşı olaraq
sidiyə getmə ağrılı, tez-tez və yarımçıq olur.
Qarının aşağı nayihəsində zəif ağrılar olur.
- Appendisit. Yanaşı olaraq sağ qalça çuxuru
nayihəsində ağrılar və gərginlik,
ürəkbulanma, qusma qeyd olunur.
- Meningit. Başqa sözlə beyin qişasının
iltihabı adlanan meninqitlər zamanı yanaşı
olaraq başda ağrılar, boyun əzələlərində
gərginlik, işıqdan qorxu və digər nevroloji
əlamətlər qeyd edilir.
- Osteomielit. Başqa sözlə sümük iltihabı
adlanan osteomielitlər zamanı yanaşı olaraq
sümükdə ağrı, iltihaba uğramış regionda
qızartı və şişkinlik qeyd olunur.
- Abses. Başqa sözlə iməhdudlaşmış irinlik
adlanan abses zamanı yerləşməsindən aslı
olaraq şişkinlik, qızartı, ağrı və əl vurduqda
istilik qeyd olunur.
- Bəzi spesifik infeksiyalar: HİV, Vərəm,
Borrelyoz, Malariya və s. Yanaşı olaraq bu
infeksiyalar zamanı fərqli xarakterik
əlamətlər qeyd oluna bilər.
- İltihabi Bağırsaq Xəstəlikləri. Bunlara Kron
xəstəliyi, xoralı kolit aid edilir. Yanaşı olaraq
ishal, qarında ağrı, qanlı nəcəs ifrazı qeyd
olunur.
- Revmatoloji xəstəliklər. Yanaşı olaraq
dizlərdə ağrı, qızartı, şişkinlik qeyd edilir.
- Xərçəng xəstəlikləri. Qızdırma törədə
biləcək xərçəng xəstəliklərinə leykoz,
limfomaları aid etmək olar. Yanaşı olaraq
limfa düyünlərinin böyüməsi, zəiflik,
səbəbsiz arıqlama qeyd olunur.
- Bəzi dərman maddələri də qızdırma verə
bilir.
Ev şəraitində nə etməli
Qızdırma zamanı bədən dəri vasitəilə çoxlu
maye itirir. Bu itkinin yerini doldurmaq üçün
çoxlu miqdarda su, çay, meyvə şirələri içmək
tövsiyyə olunur. Çoxlu mayenin qəbulu eyni
zamanda qızdırmanı törədən faktorların tər
və ya sidik vasitəsilə xaric edilməsinə də
kömək edir. Qızdırma zamanı elə geyim
seçmək lazımdır ki, bədən istini xaricə ötürə
bilsin. Bu nöqteyi-nəzərdən nazik pambıq alt
köynəkləri daha məqsədəuyğundur.
Qızdırma zamanı otaq temperaturunun
yüksək olmasına elə də ehtiyac yoxdur.
Tövsiyyə olunur ki, qızdırmalı çox fiziki işlə
məşğul olmaq məqsədəuyğun deyil və qısa
bir müddət istirahət götürmək daha
düzgündür. Amma bütün günü yataqda
keçirmək də tövsiyyə olunmur. Hərarətinin
çox yüksək olması hallarında soyuq su ilə
isladılmış dəsmalla bədən silinə bilər. Su çox
soyuq olmamalı və bu prosedura 10-15
dəqiqədən çox olmamalıdır.
Qızdırmanın salınması üçün hər hansı bir
dərman maddəsinin özbaşına istifadə
edilməsi düzgün deyil və mütləq həkimin
məsləhəti ilə qəbul edilməlidir.
Həkimə nə zaman müraciət edilməlidir?
Yuxarıda sadaladıqlarımızdan görünür ki,
hərarət fərqli səbəblərdən yarana bilir və
ağırlıq dərəcəsinə görə bir-birindən kəskin
fərqlənə bilir. Elə qızdırma olur ki, öz-özünə
keçib gedir. Amma eləsi də var ki, həkimin
ciddi nəzarəti altında müalicə olunmalı və
hətta bəzən cərrahi əməliyyat belə keçrilə
bilər. Odur ki, hansı hallarda həkimə
müraciət etmənin lazım gəliyi haqqında
dəqiq tövsiyyə vermək çətindir. Hətta adi
insanın diqqətini çəkməyən və xəstəni çox
narahat etməyən qızdırma həkim tərəfindən
ciddi bir patologiyanın səbəbi kimi
qiymtləndirilə bilər. Bu nöqtey-nəzərdən
qızdırma hallarında həmişə həkimə müraciət
etmək tövsiyyə edilir. Aşağıdakı hallarda
həkimə müraciəti qətiyyən gecikdirmək
olmaz:
Çox yüksək qızdırma
Bir neçə gen davam edən qızdıma
Qızdırma ilə yanaşı digər şikayətlər olarsa:
ürəkbulanma, qusma, sidiyi getmənin ağrılı
olması, qarında ağrı, ümumi zəiflik və s.
Qızdırma ilə yanaşı nevroloji əlamətlərin,
qıcolmaların olması
Müalicə
Qızdırmanın səbəbindən aslı olaraq
müalicəsi həkim tərəfindən təyin edilir.
Məsələn, bakterial infeksiyalar zamanı
həssaslıq nəzərə alınaraq antibiotiklərin
təyini ilə müalicə aparıla bilər. Əgər
qızdırmanın səbəbi absesdirsə
yerləşməsindən aslı olararaq fərqli üsullarla
açılaraq irin xaric edilməlidir. Əməliyyatdan
sonra isə həkiminiz infeksiyanın tam aradan
qaldırılması üçün fərqli dərmanlar təyin edə
bilər. Beləliklə, qızdırma zamanı əsas məqsəd
qızdırmanı törədən səbəbin düzgün
müəyyən olunması və onun zamanında
aradan qaldırılmasıdır.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks
Fikrini yaz (0)
Java Kiab kimi yükle

»Xestelikler
»Sağlamlıq
Oxu zalı
Mömin dostunu dəvət et
Sizin ip: 3.227.233.55

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir.

ILK-10
© By: MOVLA_ELCHIN