Diqqət! Saytımızın versiyası yeniləndi. Yeni versiyaya burdan DAXİL OLUN!
Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife | Giriş | Qeydiyyat
Uşaqlarda baş ağrısı və onun aradan qaldırılması yolları
Bu beyin şişindən xəbər verə bilər.
Mütəxəssislərdən ana-atalara xəbərdarlıq:
uşaqlarda rast gəlinən beyin şişlərinin baş
ağrısı, səhər qusması kimi əlamətləri var.
Uşaqlıq çağında rast gəlinən beyin şişləri ən
çox 3-12 yaşları arasında görülür, ən
əhəmiyyətli simptomları isə başağrısı, səhər
qusmaları və görmə pozuqluqlarıdır.
Texnologiyanın həyatımızda get-gedə daha
çox yer əldə etməsi, ətraf çirkliliyi, kimyəvi
maddələr və hamiləlikdə radiasiya alınması
doğulacaq uşaqlarda genetik deformasiyaya
yol aça bilir. Bu inkişaflar, uşaqlardakı beyin
şişi riskini də artırır. Görülmə sıxlığı yüz
mində 4-5 olan beyin şişləri, uşaqlıq
çağında ən çox 3-12 yaşları arasında ortaya
çıxır. Xüsusilə valideynlərin uşaqların baş
ağrısını ciddi qəbul etməsi lazımdır. Bu
şikayət beyin şişi əlaməti ola bilər.
Böyümə və yenilənmə idarədən çıxınca
hüceyrələr şişləşməyə yəni sərhədsiz
böyüməyə başlayır. Bu şişlər yaxşı xasiyyətli
və pis xasiyyətli olaraq ikiyə ayrılır. Beyin
şişinə gətirib çıxaran səbəbləri, hamiləlik
əsnasında alınan radiasiya, genetik
pozuqluqlar, bəzi viruslar, ekoloji faktorlar
və kimyəvi agentlər olaraq
sıralanır".Hamiləliyin ilk üç ayında qadınların
radiasiyadan uzaq dayanması lazımdır.
Radiasiya, hüceyrənin DNT quruluşunu
dəyişdirərək genetik pozuqluqlara,
xromosom anomaliyalarına səbəb olur.
Uşaqlarda fizioloji pozuqluqlar xərçəngə də
gətirib çıxarır. Erkən diaqnozla uşaqlıq çağı
beyin şişlərinin müalicəsində yüksək
nisbətdə müvəffəqiyyət təmin edilir. Cərrahi
müdaxilənin ardından edilən kimyaterapiya
və radioterapiya tətbiqləriylə də, müalicə
tamamlanır. Keçmişdə toxunulması
mümkün olmayan şişlər indi müvəffəqiyyətli
cərrahi əməliyyatlarla çıxardılır.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks
Fikrini yaz (0)
Java Kiab kimi yükle

»Xestelikler
»Sağlamlıq
Oxu zalı
Mömin dostunu dəvət et
Sizin ip: 3.227.233.55

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir.

ILK-10
© By: MOVLA_ELCHIN