Diqqət! Saytımızın versiyası yeniləndi. Yeni versiyaya burdan DAXİL OLUN!
Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife | Giriş | Qeydiyyat
Nüdbə duası
1 2 3 >>
Bu duanı Fitir,Qurban və Qədir-Xum
bayramlarında, həmçinin cümə günləri oxumaq
müstəhəbbidir
Bismillahir–rəhmanir–rəhim
Həmd yalnız aləmlərin Rəbbi olan Allaha
məxsusdur. Allahın salavat və salamı seyyidimiz,
ağamız, Allahın Peyğəmbəri Mühəmmədə və onun
övladlarına olsun. Ilahi,Sənin övliyaların barədə
cərəyan edən hadisələr barədə Sənə həmd olsun
Elə övliyalar ki, onları Özün və dinin üçün
xalisləşdirmisən. Çünki, onlara Öz yanında olan
əbədi ne”mətlər bəxşiş etmisən ki, o ne”mətlər
əbədidir. Heç vaxt zail olub aradan getməz, məhv
olmaz. (bu ne”mətləri) bu alçaq təbiətli dünyanın,
onun bər-bəzəkli zər-zivərli dərəcələrində zöhdü
onlar üçün şərt etdikdən, onların da bu şərti qəbul
edib öz əhdlərinə vəfalı olduqlarını bildikdən
sonra (əta etdin) və onları (Öz dərganhna) qəbul
və müqərrəb etdin .
Yüksək zikri, aşkar sənanı onlar üçün
təqdim etdin, onlara məlaikə nazil edib Öz
vəhyinlə onları əzizlədi, Öz elminlə onlara yardım
(əta) etdin, onları Özünə doğru şəfatəçi, razılığına
çatmaq üçün vasitə qərar verdin. Sonra onların
bə”zilərini (Həzrəti Adəmin) Cənnətdən çıxarana
qədər orada məskunlaşdırdır. Bə”zilərini isə
(Həzrəti Nuhu) Öz nicat gəminə mindirib onu və
onunla birlikdə iman gətirənləri Öz rəhmətinlə
həlak olmadan nicat verdin. Bə”zilərin isə Özün
üçün xəlil (dost) seçdin, o da Səndən sonrakı
ümmətlər içrə sadiq dil, istədi. Səndə onun istəyini
qəbul etdin və onları uca məqamlı etdin Bə”ziləri
(həzrəti Musa) ilə ağac vasitəsi ilə danışdın və
onun üçün qardaşından (Harundan) arxa, kömək
və vəzir qərar verdin;
Bəzilərini isə (həzrəti Isa) atasız olaraq
dünyaya gətirdin və ona aşkar mö”cüzələr əta edib
Ruhul qüdüsla onu tə”yid etdin.
Bunların hər biri üçün şəriət yol müəyyən
etdin. Onlar üçün canişinlər seçdin ki, hər biri
digərindən sonra, müəyyən müddətdə dini hifz
etdilər. Sənin dinini bərqərar edənlər dirçəldənlər
Sənin bəndələrinə höccət və dəlil olsunlar ki, haqq
Öz qərargahından məhv olub aradan getməsin və
nəticədə batil əhli haqq əhlinə qələbə
çalmasın.Həmçinin bir kəs deməsin ki, "Ey
Rəbbimiz, əgər Sən bizə (Ilahi əzabdan) qorxudan
bir rəsul göndərib (onları) hidayətçi, əlamət qərar
versəydin biz də zəlil və xar olmamış, işimizi Sənin
həbibin və nəcib bəndən Mühəmməd (s) çatmamış
Sənin mö”cüzələrinə tabe olardıq”-deməsin,və o,
(həzrəti Mühəmməd)Sənin seçdiyin kimi, xəlq
etdiklərinin ağası, seçdiyin bəndələrin seçilmişi,
onların əfzəli, e”timad etdiyin bəndələrin ən
kəramətlisi, oldu.Sən onu Öz peyğəmbərlərindən
öncəyə keçirtdin, Öz bəndələrindən olan səqəleynə
(cinlərə və insanlara) peyğəmbər seçdin, Öz
məğrib və məşriqlərini onun ayaqları altından
keçirtdin,.
Büraqı onun üçün müsəxxər(ram) etdin,
onun ruhunu Öz asimanına doğru pərvaz etdirdin,
Xilqətin vaxtı qurtarana kimi olmuş və olacaq hər
bir şeyin elmini onda əmanət verdin Sonra
(düşmənlərinin mö”minlərdən qorxması ilə) onu
nüsrətə yetindin, onu Cəbrəil, Mikail və əlaməti
olan mələklərinlə əhatə etdin ona və”də verdin ki,
onun dinini müşriklərin xoşlmadıqlarına
baxmayaraq bütün dinlərə qalib edəsən, və bu iş
onu sadiq bir nazil olan kimi geri qaytardıqdan
sonra oldu. və oranı(qayıtdığı evi ) o və onlar üçün
ilk beyt qərar verdik ki, "Camattın ibadəti üçün
qoyulan ilk ev o evdir ki, Bəkkədədir, bərəkətli
olub aləmlər üçün hidayətdir, onda aydın
nişanələr–Ibrahim(əleyhissalam)-ın məqamı
vardır. Hər kəs oraya daxil olasa, əmin-amanlıqda
olar” ("Ali Imran” surəsi, 96) və Əhli-Beyt(ə)
barəsində buyurdun:"Allahın iradəsi bu olmuşdur
ki, yalnız Siz Əhli-beytdən hər növ çirkinliyi,
aludəliyi aradan aparıb Sizi pak-pakizə qərar
versin” (Əhzab-53)
Sonra Mühəmməd (s)-ın muzdunu onlara aşkar
məhəbbət qərar verdin və buyrdun ki, "(Ya
Mühəmməd) xalqa De: Mən bu risalət müqabilində
sizdən, Əhli-beytimə aşkar məhəbbət bəsləməkdən
savayı bir muzd istəmirəm”
Həmçinin buyurdun ki, "Bu iş müqabilində sizdən
bir şey istəyirəmsə, o, sizin xeyrinizədir” və
buyurdun ki: "bu iş müqabilində sizdən bir haq,
muzd istəmirəm”
Öz Rəbbinə doğru yolu seçmək istəyənlərdən
başqa yalnız onlar (imamlar) Sənə doğru yol, Sənin
razılığna doğru bir məsləkdirlər.
Elə ki, onun ömrü sona çatdı (Qədir Xumad)
öz vəlisi Əliyyibni ƏbiTalib (əleyhissalam)-ı ayağa
qaldırıb (Allahın əmri ilə) hidayətçi etdi, Çünki o
(Peyğəmbər) Ilahi əzabdan qorxdudan idi və hər
bir qövm üçün də bir hidayətçi olmalıdır. Camaat
Peyğəmbər(s)in ətrafını tutmuş halda buyurdu:
"Mən hər kimin mövlası və ixtiyar sahibiyəmsə, Əli
də onun mövlası və ixtiyar sahibidir. Ilahi, onu
sevəni sev, ona kömək edənlərə kömək et! Onu xar
etmək istəyənləri xar et!, sonra buyuru: "Mən hər
kəsin peyğəmbəriyəmsə, Əli də onun əmirdir” və
buyuru: "Mən və Əli vahid bir şəcərədənik, sair
şəxslər isə müxtəlif şəcərələrdəndir.”
Peyğəmbər(s) özünü Musaya, Əlini isə onun
vəziri və canişini olan Haruna bənzədib buyurdu:
"Sənin mənimlə olan münasibətin Harunun Musa
ilə olan münasibəti kimidir; bu fərqlə ki, məndən
sonra heç bir peyğəmbər yoxdur” və öz qızını ona
ərə verdi, elə bir xanım ki, hər iki aləm
qadınlarının seyyidəsidir və (Peyğəmbər)öz
məscidinə aid olan işləri onun üçün də halal etdi,
onun qapısından başqa (məsçidə açılan) bütün
qapıları bağladı, sonra öz elm və hikmətini ona
əmanət verib buyurur: "Mən elmin şəhəri, Əli isə o
şəhərin və darvazasıdır, hər kəs o şəhəri və
hikməti istəsə, gərək onun qapısından gəlsin”,
sonra buyurdu "Ya Əli, Sən mənim qardaşım,
canişinim və varisimsən, ətin mənim ətimdən,
qanın mənim qanımdandır. Sənin barışıq etməyin
mənim barışıq etməyim, müharibən mənim
müharibəmdir. Iman, mənim ət-qanıma qarışdığı
kimi, sənin ət-qanınla da qarışıb. Qiyamət günü
"Kövsər” hovuzu kənarında canişinimsən Sən
mənim borclarımı rəva qılıb,vədələrimə vəfa
edəcəksən” Səni şiələrin cənnətdə, mənim
dövrəmdə nurdan olan minbərlər üstə, üzləri ağ
olacaq Onlar mənim qonşularımdır. Ya Əli! Sən
olamasaydın, məndən sonra mö”minlər
(münafiqlərdən) seçilməzdi” Əli (əleyhissalam)
peyğəmbərdən sonra azğınçılıqdan çıxmaq üçün
hidayət məş”əli, korluq üçün bir nur, Allahın
mətin rabitə ipi, Onun düzgün yolu oldu.
Rəsuli Əkrəm(s)-ə qohumluq cəhətindən bir
kəs ondan (Həzrəti Əlidən)qabağa keçə bilmədi və
həmçinin heç kəs ondan qabaq islamı qəbul
etmədi, heç kəs fəzilətlərindən hər hansı birində
ona çata bilmədi. Müntəzəm olaraq Rəsuli
Əkrəmin(s) qədəm qoyduğu yerə qədəm qoyurdu.
Qur”an tə”vili əsasında cihad edirdi. Allah
yolunda(çalışanda) məzəmmət edənlərin
məzəmmətləri ona tə”sir etmirdi, Allah yolunda
ərəblərin dilavər pərhləvanlarını təkləyib öldürür,
ərəb quldurlarını tuturdu.Nəticədə Bədr,Xeybər,
Hüneyn və s, müharibələrdən o həzrətə qarşı kin-
küdurətlər qalmışdı. Nəhayətdə ona qarşı
düşmənçilikdə əlbir olub onun əleyhinə qiyam
etdilər, Həzrət Nakisinlərlə, (Cəməl döyüşündə),
Mariqinlərlə (dindən çıxanlarla) və Qasitinlərlə
(Siffeyn döyüşündə) müharibə edib onları qətlə
yetirdi.
Elə ki, ömrü sona çatdı və ilk bədbəxtə tabe
olan axırıncı bədbəxt
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks
Fikrini yaz (0)
1 2 3 >>
Java Kiab kimi yükle

»Dualar
Oxu zalı
Mömin dostunu dəvət et
Sizin ip: 3.227.233.55

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir.

ILK-10
© By: MOVLA_ELCHIN