Diqqət! Saytımızın versiyası yeniləndi. Yeni versiyaya burdan DAXİL OLUN!
Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife | Giriş | Qeydiyyat
Qızılca xəstəliyi
Əlamətləri
Qızılca kəskin yoluxucu virus xəstəliyidir. Qızılca virusu -
Palynosa morbillarum strukturuna və biloji xassələrinə görə
Paramyxoviridae ailəsinə mənsub olub RNT tərkiblidir.
Təbii şəraitdə yalnız insanlar xəstələnirlər.56C də virus 2 - 3
dəqiqəyə məhv olur.Günəş işığının təsiri və ultrabənövşəyi
şüalara qarşı daha həssasdır.
Qızılca ilə bütün yaşlarda xəstələnmə olur, 1 yaşdan 4 - 5 yaşa
qədər olan uşaqlar arasında daha çox yayılan xəstəlikdir.
Əgər ana qızılca keçiribsə 3 aylığa qədər bir qayda olaraq,
uşaqlarda analarından keçmiş passiv immunitetin olması ilə
əlaqədar qızılca ilə xəstələnmirlər. Passiv immunitet uşaqğın
yaşı artdıqca azalır, 9 aydan sonra isə itir. Əgər ana qızılca
keçirməyibsə körpədə ilk günlərində də qızılcaya yoluxa bilər.
Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya,
yuxarı tənəffüs yollarının katarı,papulyoz-ləkəli səpkilərə səbəb
olur. Qızılca törədicisinin giriş qapısı yuxarı tənəffüs yollarının
selikli qişasıdır.
Xəstəliyin mənbəyi xəstə insandır. Qızılca zamanı virusdaşıma
olmur, lakin xarici mühitə virus ifraz edir. Xəstə kataral dövrdə
və səpkinin ilk günündə daha yoluxdurucu olur. Səpkinin 4 cü
günündən etibarən xəstə digərlərini yoluxdurma qabiliyyətini
itirir. Qızılca yüksək yoluxdurucu qabiliyyətli infeksiya olmasına
baxmayaraq ( yoluxdurma indeksi 95-96 %) xarici mühitdə
davamsızdır. Belə ki, infeksiyanın əşyalar və üçüncü şəxsdən
keçməsi mümkün deyildir.Xəstəlik zamanı orqanizmin müdafiə
qabiliyyəti zəiflədiyindən digər ikincili infeksiyalarda ağırlaşmalar
ola bilər.Xəstəlikdən sonra ömürlük immunitet yaranır və uzun
müddət qanda virusu neytrallaşdıran anticisimlər saxlanılır.

Yayılma mərhələləri
Xəstəliyin gedişatında 3 mərhələ ayırd edilir : kataral, səpki,
piqmentasiya. İnkubasiya dövrü əsasən 6-17 gündür, lakin çox
hallarda 8-11 gün davam edir. Kataral dövrdə ümumi
intoksikasiya əlamətləri meydana çıxır. Öskürək, burundan selikli
ifrazatın gəlməsi, hərarətin 38-39 S olması, konyuktivit, qırtlaq
ödemi və s xarakterikdir. Bu dövr 4-5 gün çəkir.
Daha sonra səpkilər dövrü başlayaraq 3-4 gün davam edir. Səpki
əvvəl çəhrayı ləkələr şəklində burun ətrafında, qulaq ardında, göz
qapaqlarında eləcə də bütün sifətə boyuna və döşün yuxarı
hissələrinə yayılır. Bəzən səpkilər bir birilə birləşirlər 2 ci gün
gövdəyə və qollara yayılır. 3 cü günü isə bütün bədən səthində
olur. Səpkinin bu cür etap şəklində olması qızılca üçün
differensial diaqnostik əhəmiyyətə malikdir.
Piqmentasiya dövründə isə səpkilər tündləşir və qəhvəyi rəng
alır. Bu dövr 5-8 gündür. Səpkilər itdikdən sonra kəpəkvari
qabıqlanma meydana çıxır və üzdə daha yaxşı nəzərə çarpır.
Piqmentasiya dövründə xəstənin ümumi vəziyyəti yaxşılaşır,
kataral əlamətlər zəifləyir, temperatur normallaşır.
Keçirilmiş qızılcadan sonra uzun müddət asteniya və anergiya
vəziyyəti qalır. Bu səbəbdəndir ki, xəstəlik keçirmiş adamlarda
klinik sağalmaya baxmayaraq hələ də bir müddət yorğunluq,
ümumi halsızlıq, yuxu pozğunluğu qeyd edilə bilər.
Tədqiqatlar göstərmişdir ki, böyüklərdə uşaqlarda olduğuna
nisbətən daha ağır keçir.
Keçirilmiş qızılcadan sonra davamlı immunitet əmələ gəlir.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks
Fikrini yaz (0)
Java Kiab kimi yükle

»Xestelikler
»Sağlamlıq
Oxu zalı
Mömin dostunu dəvət et
Sizin ip: 3.227.233.55

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir.

ILK-10
© By: MOVLA_ELCHIN