Diqqət! Saytımızın versiyası yeniləndi. Yeni versiyaya burdan DAXİL OLUN!
Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife | Giriş | Qeydiyyat
Böyrəklərin sağlamlığını qoruyan qidalar
Böyrəklər orqanizmdə çox vacib və çətin funksiyanı yerinə yetirir -
qanı toksinlərdən və digər ziyanlı maddələrdən təmizləyir.
Düzgün qidalanma insanın sağlamlığında böyük rol oynayır.
Böyrəklərin sağlamlığı üçün də düzgün qidalanma çox vacibdir.
Böyrəklər üçün ən faydalı sayılan qidalar bunlardır:

- Göyərtilər (cəfəri, şüyüd, kərəviz, keşniş, göy soğan) böyrəklərin
fəaliyyətinə çox müsbət təsir edir və bu səbəbdən göyərtini
qidalanmaya daim daxil etmək lazımdır. Göyərtilərin bir çoxusu
sidikqovucu təsir edir, böyrəkləri duzlardan və qumdan təmizləyir.

- Balqabaq da böyrəklər üçün çox faydalıdır. Balqabaq A və E kimi
antioksidant vitaminlərlə zəngindir. Bu vitaminlər orqanizmdə
gedən bərpa proseslərində iştirak edir, orqanizmi cavanlaşdırır.
Balqabaq yüngül sidikqovucu təsirə malikdir və bu da böyrəklərin
sağlamlığına müsbət təsir edir.

- Alma və qavalı orqanizmdən toksinləri xaric edir, sidikqovucu
təsirə malikdir, sidik turşusunun əmələ gəlməsinə mane olur.

- Qarpız böyrəklərin ən sevdiyi məhsuludur. Qarpız güclü
sidikqovucu təsirə malikdir, böyrəkləri duzlardan və qumdan
təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır.

- Balıq da böyrəklər üçün çox xeyirlidir. Balıq dəmir, fosfor,
maqnezium, mis, kalsium kimi minerallar, D vitamini ilə zəngindir.
Bu maddələr böyrəklərin sağlamlığına çox müsbət təsir edir.

- İtburnu ən faydalı müalicəvi bitkilərdən biri sayılır. İtburnu bütün
orqanizmə müsbət təsir edir, orqanizmi möhkəmləndirir.
İtburnu təbii sidikqovucudur - böyrəkləri yaxşı yuyur, qumdan və
duzlardan təmizləyir, hətta kiçik daşları əridir.

- Süd də (orqanizm bu məhsulu normal qəbul edirsə) böyrəklər
üçün çox faydalıdır.
Sadaladığımız məhsulları qidalanmanıza daha tez-tez daxil edin.
Bol maye də böyrəklərin sağlamlığı üçün çox vacibdir. Maye
böyrəklərə ziyanlı maddələrdən təmizlənməyə kömək edir. Gün
ərzində orta hesabla 2 l maye içmək lazımdır. Burada ən yaxşı
seçim təmiz su, meyvə şirələri, yaşıl çaydır.
Əksinə isə duzlu, istiotlu qidalar, yağlı ət, hisəverilmiş məhsullar,
spirtli içkilər, balıq və ət konservləri, yağlı bulyonlar, ədviyyatlar
(çoxlu miqdarda) böyrəklərin sağlamlığı üçün ziyanlıdır. Bu
məhsulları qidalanmanızda minimuma çatdırın.

Sağlamolun saytından.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks
Fikrini yaz (0)
Java Kiab kimi yükle

»Keyfiyyetli qidalar
»Sağlamlıq
Oxu zalı
Mömin dostunu dəvət et
Sizin ip: 18.205.60.226

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir.

ILK-10
© By: MOVLA_ELCHIN