Diqqət! Saytımızın versiyası yeniləndi. Yeni versiyaya burdan DAXİL OLUN!
Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife | Giriş | Qeydiyyat
Bu zikri səcdədə deyən, mütləq müsbət nəticə əldə edər
Mirzəcavad Mələki Təbrizi ağa – rəbbani alimlərdəndir.
Səcdənin mühümlüyü barədə alim buyurur: “Peyğəmbər (s)
səcdənin uzunmüddətli olması ilə bağlı davamlı tövsiyələr
vermişdir. Bu, çox mühüm bir məsələdir. Səcdənin uzun olması
insanı bəndəliyə yaxınlaşdırar. Ona görə də namazın hər
rükətində iki səcdə qərar verilmişdir.

Məsumların (ə) səcdəsi məşhurdur. Belə ki, İmam Səccad (ə)
səcdələrin birində min dəfə deyərdi:
ﻻ ﺍﻟﻪ ﺍﻟّﺎ ﺍﻟﻠﻪ ﺣﻘّﺎً ﺣﻘّﺎً . ﻻ ﺍﻟﻪ ﺍﻟّﺎ ﺍﻟﻠﻪ ﺗﻌﺒّﺪﺍً ﻭ ﺭﻗّﺎً ﻻ ﺍﻟﻪ ﺍﻟّﺎ ﺍﻟﻠﻪ ﺍﻳﻤﺎﻧﺎً ﻭ ﺗﺼﺪﻳﻘﺎً .
(Lə iləhə illəllah həqqən həqqə. Lə iləhə illəllah təəbbudən və
riqqən, Lə iləhə illəllah imannən və təsdiqən.)
İmam Kazım (ə) haqqında yazılıb ki, bəzən səcdəsi səhər
tezdən zöhrə qədər davam edərdi.
Nəcəfdə təhsil aldığım zamanlarda bir müəllimimiz var idi ki,
təqvalı tələbələr üçün mərcə idi. Ona belə sual verdim ki, salik
üçün faydalı ola bilən hansı əməli təcrübə etmisiniz? Buyurdu:
Hər gecə və gündüz ərzində bir uzun səcdə yerinə yetirir və
səcdə halında buyurur:
ﻻ ﺍﻟﻪ ﺍﻟّﺎ ﺍﻧﺖ . ﺳﺒﺤﺎﻧﻚ ﺍﻧّﻲ ﻛﻨﺖ ﻣﻦ ﺍﻟﻈﺎﻟﻤﻴﻦ
(“Lə iləhə illə ənt. Subhənəkə inni kuntu minəz-zalimin”). Bu
zikri deyəndə Allaha elə diqqət etməlisən və düşünməlisən ki,
Allah mənə zülm etməkdən pakdır, bu, mənəm ki, özümə zülm
edirəm.

Müəllimim bu səcdəni etməyi çox tövsiyə edirdi. Hər kim onu
yerinə yetirirdi, təsirini görürdü. Bəziləri bu zikri səcdədə min
dəfə deyirdilər və hətta bəziləri üç min dəfə deyirdi. Hər biri də
nəticə alırdı”.


(İslami saytlara istinadən)
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks
Fikrini yaz (0)
Java Kiab kimi yükle

»Dualar
Oxu zalı
Mömin dostunu dəvət et
Sizin ip: 3.227.233.55

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir.

ILK-10
© By: MOVLA_ELCHIN