Diqqət! Saytımızın versiyası yeniləndi. Yeni versiyaya burdan DAXİL OLUN!
Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife | Giriş | Qeydiyyat
Uşaqlarda qrip xəstəliyi
Payız və qış aylarında bir çox uşaqlar qripdən əziyyət çəkir. Bəs
bu vaxt valideyinlər hansı səhvlərə yol verir?
Qrip zamanı ata-anaların yol verdikləri ən böyük səhv uşağa dərhal
antibiotik verməkdir. Antibiotik orqanizmdəki təbii immuniteti
dövrədən çıxarır və bakteriyaların meydana gəlməsinə səbəb olur.
Əslində təkcə valideyinlər yox, bəzən həkimlər də bu səhvə yol
verirlər. Qripp üçün bəzi dərmanlar olsa da, mümkün qədər
uşaqları bu dərmanlardan uzaq saxlamaq lazımdır. Uşaqlar
dərmansızda qripə qalib gələ bilərlər, bunun üçün buna ehtiyac
yoxdur.

Qrip haqqında 7 sual

1 Uşaqlar arasında hər hansı qrip epidemiyasından bəhs etmək
olarmı?


-Əlbətdə ki, yox. Çünki qrip çox ciddi bir xəstəlikdir. Qrip çox vaxt
özünü yüksək temperatur və əzələ ağrıları ilə göstərir və bu
əlamətlər bəzən 4-5 gün davam edir.

2 Qrip atadan və ya anadan uşağa yoluxur, yoxsa əksinə?

-Daha çox uşaqdan ataya və ya anaya. Çünki uşaqlar həssas
olduqları üçün qripə daha asanlıqla yoluxa bilərlər.

3 Qripin uşaqlarda daha təhlükəli olduğunu deyirlər,bu
doğrudurmu?


-Bu əlbəttə ki,doğru deyil. Ancaq uşaqda yanaşı gedən başqa bir
xroniki xəstəlik varsa, o halda qrip təhlükəli ola bilər. Başqa sözlə,
ağciyər, ürək, böyrək, tənəffüs yolu (xüsusilə də, astma) və s. kimi
xəstəlikləri olan uşaqlarda daha diqqətli olmaq lazımdır. Belə
uşaqların (hətta onlara baxanların da) qripə qarşı peyvənd olması
çox vacibdir. Belə uşaqlar qrip olduqda xəstəlik daha da ağırlaşır.
Bundan başqa, iki yaşından sonra uşaqların immuniteti böyüklərlə
eyni səviyyəyə çatdığı üçün qrip təhlükəsi də azalır.

4 Qrip olan uşağı xəstəxanaya aparmaq lazımdırmı? Yoxsa onu
evdə müalicə etmək olar?


-Müalicəyə evdə də başlamaq olar. Bunun üçün uşağın
temperaturunu aşağı salmaq, çoxlu maye vermək lazımdır.
Bununla siz uşağın immunitet sisteminə təkan vermiş olarsınız.

5 Qrip zamanı uşaqlara qrip dərmanı (və ya dərmanları) vermək
lazımdırmı?


-Qrip üçün bəzi dərmanlar olsa da, uşaqları mümkün qədər bu
dərmanlardan uzaq saxlamaq lazımdır. Çünki uşaqlar qrip
infeksiyasına dərmansız da qalib gələ bilərlər. Əgər simptomlar
artarsa, onda uşağı xəstəxanaya aparmaq lazımdır.

6 Uşaqlarda qrip hansı xəstəliklərə səbəb ola bilər?

-Virus mənşəli infeksiyalar orqanizmin immunitet sistemini
zəiflətdiyi üçün zökəm, orta qulaq iltihabı, sinusit və s. kimi
xəstəliklər meydana çıxa bilər.

7 Qripin müalicəsində valideyinlərin yol verdikləri ən böyük səhv
nədir?


-Qrip zamanı valideyinlərin yol verdikləri ən böyük səhv uşağa
dərhal antibiotik verməkdir. Antibiotik verildikdə orqanizmdə təbii
immunitetin dövrədən çıxmasına və nəticə etibarı ilə daha
müqavimətli bakteriyaların meydana gəlməsinə səbəb olur. Üstəlik,
bu, sonrakı infeksiyalar üçün də zəmin hazırlayır.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks
Fikrini yaz (0)
Java Kiab kimi yükle

»Xestelikler
»Sağlamlıq
Oxu zalı
Mömin dostunu dəvət et
Sizin ip: 3.227.233.55

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir.

ILK-10
© By: MOVLA_ELCHIN